Cəmiyyət

Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb – FOTO

Sharing is caring!


Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən üç ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində bir ədəd “AK-74” markalı avtomat, eləcə də altı ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir