Cəmiyyət

DİN-dən əməliyyat: Polis qanunsuz silah saxlayanları aşkarladı – FOTO

Sharing is caring!


Cəlilabad və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində beş nəfər Cəlilabad rayon sakini, bir nəfər Biləsuvar rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfənglərini aidiyyəti polis şöbələrinə könüllü olaraq təhvil veriblər. 

Füzuli rayon sakini odlu silahını polisə təhvil verib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. 

Saatlı rayon sakinindən də odlu silah aşkar edilib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir