Cəmiyyət

Susuz qalan Bərdə sakinlərinin fəryadı: Problem niyə həll edilmir? – VİDEO

Sharing is caring!


Bərdə şəhəri, Nizami küçəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər.

İllərdir susuz qaldıqlarını deyən sakinlərin sözlərinə görə, başqa ərazilərdən maşınla içməli su gətirmək məcburiyyətindədirlər:

“25 ildir suyu maşınla gətiririk. Həftədə bir neçə dəfə su gətirmək üçün pul veririk”.
Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, Nizami küçəsi yeni salınmış yaşayış məntəqəsi olduğundan həmin ərazidə su xətti yoxdur. Bu səbəbdən də həmin əraziyə Bərdə Sukanal İdarəsi xidmət göstərmir. 

“Gələcəkdə Bərdə şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Layihə işlərinə sözügedən yaşayış məntəqəsinin də su-kanalizasiya şəbəkəsinin qurulması daxil edilib”, – deyə məlumatda bildirilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir