Cəmiyyət

Qudyalçayın üzərindəki körpünün istifadəyə veriləcəyi vaxt məlum oldu – FOTO/VİDEO

Sharing is caring!


Xaçmaz şəhərində, Qudyalçayın üzərində inşa edilən yeni körpü istifadəyə demək olar ki, hazırdır. Artıq yeni körpünün panelləri yerinə qoyulub, üzərinə  beton tökülüb. Hazırda körpünün üzərində hər iki tərəfdə istinad divarları qurulur. Eni iki metr olan piyada keçidləri də hazırlanır.

Bizim.media-nın əməkdaşı körpünün üzərində görülən işləri müşahidə edib.

Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanovun verdiyi məlumata görə, yeni körpünün uzunluğu 64, eni 12 metrdir:

“Hazırda son tamamlama işləri görülür”.

Onun sözlərinə görə, körpü dekabr ayında sürücülərin istifadəsinə veriləcək.

Xatırladaq ki, Qudyalçay üzərindəki körpü bu il sentyabr ayının 15-də uçub.

Körpü uçandan sonra müəyyən söküntü, hazırlıq işləri görülüb və  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal yeni körpünün inşasına başlayıb.

Birbaşa agentliyin sədri Saleh Məmmədovun nəzarətində olan yeni körpünün inşası hava şəraitinin normal olması səbəbindən maksimum sürətlə, həm də keyfiyyətlə aparılıb. Mütəxəssislərin məlumatına görə, yeni körpünün dayaqları əvvəlki körpüdən daha möhkəm və uzunmüddətli inşa edilib.

İndi Qudyalçayın üzərindəki körpünün dayaqları betondan deyil, dəmirdən qoyulub və içərisi betonla doldurulub.

Bir sözlə, sürücülərin səbirsizliklə gözlədiyi körpü tezliklə istismara veriləcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir