Cəmiyyət

Naxçıvanda epidemioloji durum açıqlanıb

Sharing is caring!


“Xəstəxanalardan daxil olan gündəlik rəqəmlərə istinadən demək olar ki, Naxçıvanda epidemioloji durumda mövsüm normalarından kənar yoluxma halı qeydə alınmayıb”.

Oxu.Az-ın Naxçıvana ezam olunan əməldaşının verdiyi məlumata görə, bu fikirləri Naxçıvan Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Naxçıvanda insanlar arasında hər il qeydə alınan rəqəmlərə uyğun xəstəliklər müşahidə olunur:

“Xəstəliklər üzrə tibb müəssisələrinə müraciət növlərinə gəlincə, qeyd edim ki, endemik xəstəlik halı mövcud deyil. Sadəcə Naxçıvanda iqlimlə əlaqəli müəyyən müraciət sayında artım ola bilər. Bu da müəyyən olunan normadan kənara çıxmır”.

S.Sadıxov onu da əlavə edib ki, Naxçıvanda daha çox göz xəstəliklərindən keratokonus, eləcə də qalxanvarivəzin xəstəlikləri nisbətən üstünlük təşkil edir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir