Cəmiyyət

AYNA: Şəhərin parkinqə tələbat az olan yerlərində ödəniş tətbiq edilmir

Sharing is caring!


“Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir”.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Bildirilib ki, yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən də ödəniş tələb olunmur:

“Bunun üçün xüsusi parklanma talonları mövcuddur”.

“Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflıq müşahidə edilir. Belə ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və SMS vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. Küçədə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. AYNA sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edir”, – deyə bildirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir