Cəmiyyət

Azərbaycanda son bir həftədə 21 nəfər COVID-19-a yoluxub, altı nəfər ölüb – FOTO

Sharing is caring!


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (13.11.2023-19.11.2023) 21 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan altı nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 135 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, 10 367 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.

Ölkədə son həftə ərzində 3 042, hazırkı dövrədək isə 7 711 925 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir