Cəmiyyət

Oqtay Məmmədov: “Peşəkar aşpazlar məhkumlara müvafiq kurslar keçirlər”

Sharing is caring!


“Məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənib. Bu istiqamətdə biz pilot layihə həyata keçiririk”.

Oxu.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov Bakının Umbakı qəsəbəsində inşa edilən yeni müasir penitensiar kompleksinə təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, layihə Dövlət Turizm Agentliyinin (DTA) Milli Kulinariya Mərkəzi ilə birgə həyata keçirilir:

“Kulinariya Mərkəzinin peşəkar aşpazları tərəfindən məhkumlara aşpaz kursları keçirilir. Onlara keyfiyyətli yeməyin bişirilməsi öyrədilir. Yeməyin bişirilməsində birbaşa aşpazların özləri də iştirak edirlər. Bu da qida təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək bir layihədir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir