Cəmiyyət

Sumqayıtdakı binada əlillər üçün pandus yoxdur – VİDEO

Sharing is caring!


Sumqayıtda 1-ci qrup əlilliyi olan şəxs yaşadığı binadan həyətə düşməkdə çətinlik çəkir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhər 12-ci mikrorayon, bina 738 B-dən gedir.

Pilləkənlərdə pandusun olmaması ona çətin anlar yaşadır.

Keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin bu binasında yaşayan 20 yaşlı 1-ci qrup əlilliyi olan Elşən Eyvazlı beş ildir pilləkənlərdən düşüb-qalxan zaman əziyyət çəkir.

Elşənin nənəsi Nazlı Məhiyə aidiyyəti qurumlara müraciət etdiyini, lakin bunun heç bir nəticə vermədiyini iddia edir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkün qəsəbəsində yerləşən binaların bir neçəsində panduslar quraşdırılıb. Proses Dövlət Komitəsinə müraciət əsasında həyata keçirilir.

Panduslar mümkün olan yerlərdə yalnız Dövlət Komitəsinin Fövqəladə Hallar Nazirliyinə müraciəti nəticəsində, razılıq olduğu təqdirdə quraşdırılır.

Adıçəkilən ünvanda pandusun quraşdırılması ilə bağlı müraciətə müvafiq sənədləşmə işlərindən sonra qanunauyğun formada baxılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir