Cəmiyyət

Axar.az-ın 10 yaşı tamam olur

Sharing is caring!


Bu gün Axar.az xəbər saytının yaranma günüdür.

Oxu.Az xəbər verir ki, saytın 10 yaşı tamam olur.

2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.

Saytın baş redaktoru Anar Niftəliyev bildirib ki, hazırda saytın gələcək fəaliyyəti ilə bağlı müxtəlif layihələr var:

“Axar.Az-ın oxucular tərəfindən sevilməsi uğurdur. Axar.az Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində 5 versiyada işləyir. Ərəb əlifbası ilə Azərbaycanda fəaliyyət göstərən yeganə yerli media orqanıdır. Yeni layihələrimiz var. Bunlardan ən başlıcası İnternet TV layihəsidir”.

Qeyd edək ki, Axar.az saytı “Teleqraf.com” MMC-nin tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış jurnalist Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.

Oxu.Az kollektivi Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir