Cəmiyyət

Xaçmaz sakini 30 qəpiklik yumurtanı 50 manata necə satır? – VİDEO

Sharing is caring!


İxtisasca elektrik mühəndisi olan Fərmayıl Əhmədov 10 ildir yumurtadan müxtəlif suvenirlər hazırlayır. O, yumurtaların üzərində saatlarla, hətta günlərlə işlədiyini deyir.

Daha çox toyuq, qaz və ördək yumurtalarından istifadə edən Fərmayıl suvenirlərin hazırlanma prosesindən bəhs edib:

“Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın üzərində kiçik deşik açılmalıdır. Daha sonra yumurta yuyularaq dezinfeksiya olunur. Yumurtanın üzərinə eskiz çəkilmiş kağızlar yapışdırılır, ya da eskiz birbaşa qabığın üzərinə çəkilir”.

Bildirək ki, Fərmayılın hazırladığı bir ədəd suvenir yumurta 25-50 manata satılır.

Qeyd edək ki, Fərmayıl Əhmədovun hazırladığı əl işlərinin sayı 100-ü ötüb. O, müxtəlif sərgilərdə iştirak edib və bir neçə mükafata layiq görülüb.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir