Cəmiyyət

Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq

Sharing is caring!


Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.

Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Laçın rayon Ə. Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim vəzifəsində çalışmaq istəyənlər üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri qeydiyyat prosesi başlayıb.

Son qeydiyyat tarixi noyabrın 23-dür.

Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər: ttps://forms.gle/mzshVrBMtppXTWFi7

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir