Cəmiyyət

Azad edilmiş ərazilərdə yaxın vaxtlarda Dövlət Komitəsinin xidmət bölmələri istifadəyə veriləcək

Sharing is caring!


“Yaxın vaxtlarda azad edilmiş ərazilərdə Dövlət Komitəsinin xidmət bölmələri istifadəyə veriləcək”.

“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında məlumat verib.

O, Dövlət Komitəsinin azad edilmiş ərazilərdə müvafiq xidmət bölmələrini təşkil etmək niyyətində olduqlarını bildirib:

“Böyük Qayıdış proqramında bununla bağlı müddəalar var və tərəfimizdən buna uyğun olaraq işlər aparılır. Qarabağda müvafiq mərkəzlərin açılması plana daxil edilib. Hazırda onların üzərində işləyirik. Yəqin ki, yaxın vaxtlarda onların istifadəyə verilməsinin şahidi olacaqsınız”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir