Cəmiyyət

İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilir – FOTO

Sharing is caring!


İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilir.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı və Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə baş tutur.

Əmək yarmarkasına özəl və dövlət qurumlarının 20 müəssisəsindən 200-ə yaxın vakansiya çıxarılıb. Yarmarka Füzuliyə köçürülən şəxslərin işlə təminatı məqsədilə təşkil edilib.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində bu günə qədər Füzuli şəhərinə 258 ailə – 928 nəfər köçürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir