Cəmiyyət

Milli Dirçəliş Gününə həsr olunmuş musiqili konsert keçiriləcək

Sharing is caring!


Noyabrın 17-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəms Qəmər” Kamera Xoru kollektivi və Azərbaycan Dövlət Simli Kvartetinin iştirakı ilə Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan, yazın gəldi” adlı musiqi axşamı keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib. Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə keçiriləcək tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq təşkil olunur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Rauf Hacıyev, Leonid Vaynşteyn və gənc bəstəkarlar Aysel Əzizova, Rüzgar Əhmədzadə, Röya Hüseynovanın müxtəlif əsərləri, xalq mahnıları, həmçinin bədii kompozisiyalar təqdim olunacaq.

Musiqi axşamında iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/dmnRX  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir