Cəmiyyət

Həkim: “ABŞ-də şəkərli diabedlə bağlı yeni dərman qeydiyyatdan keçib”

Sharing is caring!


“İnsanlar heç olmasa gündə 6-7 kilometr piyada gəzməlidirlər. Sağlam qidalara üstünlük verilməlidir, fastfuda yox”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində gedən canlı yayımda nazirliyin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

O bildirib ki, sağlam olmayan qidalara üstünlük verən insanlarda şəkərli diabetin yaranma riski yüksəkdir:

“Son dövrlərdə nəinki ölkədə, dünyada da insanlar sadə karbohidratlar olan fastfudlara üstünlük verirlər. Biz sağlam qidalara, ev şəraitində hazırlanan yeməklərə üstünlük verməliyik. İnsanlar zərərli qidalardan istifadə etməklə dünyada piylənmənin, şəkərli diabetdən əziyyət çəkənlərin sayının artmasına səbəb olurlar”.

“Şəkərli diabet tam olaraq xəstəlik yox, həyat tərzinin bir növüdür. Bu xəstəlikdən tam sağalmaq demək yox, amma qanda şəkərin norması nəzarətdə saxlanılırsa, sağlam qidalanmaya üstünlük verilirsə, normalar tez-tez dəyişmirsə, deməli, şəxsi narahat edən bir məqam yoxdur. Bu da o deməkdir ki, həmin şəxslər xəstə deyil. Şəkərli diabetdən əziyyət çəkən insanı sağlam insandan fərqlənidrən əsas cəhət şəkərin miqdarını normada saxlamağın vacibliyidir.

ABŞ-də yeni dərman qeydiyyatdan keçib. Qidaları və dərmanları assosiasiya edəcək preparatdır. Deyirlər ki, bu dərman şəkərli diabetin yaranmasının qarşısını alır. Mən inanıram ki, gələcəkdə bu xəstəlikdən də tam sağalmağın yolları tapılacaq”, – deyə həkim qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir