Cəmiyyət

Hövsan qəsəbəsində içməli su ilə bağlı YENİLİK – FOTO

Sharing is caring!


Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Quşçuluq massivində yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-dən bildirilib.

Qurumdan qeyd edilib ki, Quşçuluq massivi son illər fərdi yaşayış evlərinin tikilməsi hesabına genişlənib. Ərazinin bir hissəsində içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən xətlər hesabına aparılıb. Digər hissələrdə yaşayan sakinlər isə indiyədək içməli suyu maşınlarla alırdı. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı şəbəkəsinin yaradılmasına qərar verilib.

“Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində ərazidə 6 kilometr uzunluğunda yeni şəbəkə yaradılır, 280 abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Suyun optimal idarə olunması üçün şəbəkə üzərində 15 siyirtmə və yanğın təhlükəsizliyi məqsədilə 3 yanğın hidrantı da quraşdırılacaq. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Hövsan qəsəbəsinin Quşçuluq massivində 1 200-dək sakin dayanıqlı içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2023-cü ildə “Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi, Novxanı, Badamdar qəsəbələrində, həmçinin regionlarda layihələr icra olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir