Cəmiyyət

Gəncədə zəncirvarı qəza olub – FOTO

Sharing is caring!


Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21099-la VAZ-2106 markalı minik maşını toqquşub.

Daha sonra VAZ-2106 yol kənarında dayanan “Mercedes” markalı minik maşınına çırpılıb.

Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir