Cəmiyyət

Şuşada inzibati və sosial təyinatlı binaların istiliklə təminatı hansı səviyyədədir?

Sharing is caring!


Cari ilin 1 noyabr tarixindən etibarən Şuşa şəhərində ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı bina istilik və isti su ilə təmin edilir.

Bu barədə “Azəristiliktəchizat” ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Şuşa şəhərində cəmiyyətə məxsus, gücü 8 110 kVt/saat olan yeddi qazanxana tam hazır vəziyyətə gətirilib.

Əlavə olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-26-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, “Azəristiliktəchizat” ASC-yə tapşırılmış “Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi” ilə bağlı zəruri işlər aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir