Cəmiyyət

İdarəetmədən çıxan avtomobil işıq dirəyini yerindən qopardı – VİDEO

Sharing is caring!


Xaçmazda qayda pozan sürücü qəza törədib.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət olub. Nəticədə idarəetmədən çıxan maşın yol kənarındakı səkiyə çıxıb və toqquşduğu işıq dirəyini yerindən qoparıb. Həmçinin avtomobilin ön hissəsi aldığı zərbədən tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir