Cəmiyyət

Bakıda tikiş sexi və anbarda yanğın olub

Sharing is caring!


Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ümumi sahəsi 313 kvadratmetr olan tikilinin (tikiş sexi və anbar kimi fəaliyyət göstərir) içərisində bir ədəd dəzgah və 10 top parça yanıb.

Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 kvadratmetr sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir