Cəmiyyət

Aldığımız hansı malları geri qaytara bilmərik? – VİDEO

Sharing is caring!


Azərbaycan qanunvericiliyə görə, alınan malların 14 gün ərzində qaytarılması və ya dəyişdirilməsi mümkündür. Bunun üçün ilk növbədə məhsulun alınmasını göstərən kassa qəbzi olmalıdır. Lakin müəyyən mallar var ki, dəyişdirilmir. 

Hüquqşünas Hikmət Əliyev qaytarılması mümkün olmayan məhsullara aydınlıq gətirib:

“Bu siyahıya qiymətli metalları, istehsal qüsurları istisna olmaqla bütün növ parçaları, ölçü ilə satılan mallar, kosmetik vasitələr, gigiyena əşyaları, uşaq oyuncaqları və s. kimi əşyaları aid etmək mümkündür”.

Ekspert Eyyub Hüseynov bu sahədə qanunvericiliyin ədalətli olmadığını deyir. 

“Müştəriyə baha qiymətə saxta üzük satmışdılar. Qaytarmaq və dəyişmək problem olmuşdu. Bu, ədalətsizlikdir. Məsələn, kitab dəyişdirilən məhsullar sırasındadır, amma qızıl yox. Burada qanuni olub, məntiqi olmayan amillər var”, – E.Hüseynov vurğulayıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir