Cəmiyyət

Beynində törəmə aşkarlanan Əlinin atası fəryad edir: “Əli çox gəncdir, onunla bağlı çox arzularım var” – FOTO

Sharing is caring!


26 yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Xasay Əhmədov məlumat verib.

O bildirib ki, övladının beynində törəmə var.

“Əlinin 26 yaşı var, artıq dörd aydır bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin ilk dövrləri biz Türkiyəyə yollandıq, orada bir aydan çox müalicə aldı. Müalicənin çox müsbət təsiri olsa da, maddi sıxıntılara görə Azərbaycana qayıdası olduq. Buradakı müalicələr onun sadəcə geri getməsinin qarşısını alır. Hazırda Əli süni tənəffüs aparatına qoşulub, bizi anlasa da, danışa bilmir”

Xasay Əhmədov yardımsevər şəxslərdən dəstək istəyib.

“Mənim övladım çox gəncdir, onunla bağlı çox arzularım, çox xəyallarım var. Hər zaman sağlam uşaq olub, anidən çıxan bu xəstəlik balamı göz görə-görə əridir. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm. Hazırda Türkiyəyə yenidən yollanıb müalicələri davam etdirmək üçün 15 min manata ehtiyacımız var”.

Ailə ilə əlaqə: (051) 250-27-03

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir