Cəmiyyət

Balakəndə beşotaqlı ev yanıb

Sharing is caring!


Balakəndə beşotaqlı fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi noyabrın 13-dən 14-ə keçən gecə rayonun Meşəşambul kəndində, kənd sakini Nazim Abdulla oğlu Gəncəliyevə məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 130 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir