Cəmiyyət

Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək

Sharing is caring!


Noyabrın 23-24-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana Qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycan: Böyük Qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda bir sıra rəsmi qonaqlarla yanaşı, ölkəmizin və Türkiyənin qabaqcıl ali təhsil müəssisələrinin rektorları və tədqiqatçılarının iştirakı nəzərdə tutulur.

Bu festival və konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir