Cəmiyyət

Bakıda yeni şahmat klubunun açılışı oldu – FOTO

Sharing is caring!


Bakıda “Şah & mat” klubunun açılışı olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, tədbirdə AŞF rəhbərliyi, tanınmış qrosmeysterlər və məşqçilər iştirak ediblər.

Açılış mərasimində çıxış edən AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yeni fəaliyyətə başlayan məktəbə uğurlar arzulayıb.

Federasiya rəhbəri klubun yeni nəsil şahmatçıların formalaşmasında və bu idman növündə rəqabətin artmasına dəstək olacağını bildirib.

M.Məmmədov qeyd edib ki, klubun təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaqla yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. “Şah & mat” qısa zamanda ölkə idmanına yeni adlar bəxş edəcək. Çünki burada peşəkarlardan ibarət komanda çalışır.

“Şah & mat” klubunun rəhbəri, əməkdar məşqçi Anar Allahverdiyev əsas məqsədin ölkədə şahmatın inkişafına töhfə verməklə yanaşı, gələcəkdə milli komandada çıxış edəcək istedadlı gəncləri üzə çıxarmaq olduğunu söyləyib.

Qeyd edək ki, “Şah & mat” klubunda şahmatla yanaşı, rəsm, məktəbəqədər hazırlıq və digər sahələr üzrə də bölmələr fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir