Cəmiyyət

Vətən müharibəsi qazisi “Qumbara” Tərlan evləndi – FOTO

Sharing is caring!


Vətən müharibəsinin davam etdiyi günlərdən birində bədəncə cılız, lakin aslan ürəkli bu cəsur oğlanı bir anda dünya tanıdı.

Bizim.media xəbər verir ki, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə “Qumbara” ləqəbi qazanan Tərlan Həsənovun noyabrın 12-də toyu olub.

Məclisdə çox sayda qazi, Vətən müharibəsi iştirakçıları, eləcə də millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məclisə qatılanlar gənclərə xeyir-dua verib, Tərlanın qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs ediblər.

Qeyd edək ki, Tərlan Həsənov döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atmış və möcüzə nəticəsində özü də sağ qalmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir