Cəmiyyət

Binəqədidə yanğın baş verib

Sharing is caring!


Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 kvadratmetr olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 kvadratmetr sahədə əriyib və sahəsi 600 kvadratmetr olan talvarın şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir