Cəmiyyət

Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü

Sharing is caring!


Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, qəsəbənin gişində yük avtomobilinin təkəri çıxıb və oradakı yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Aqil Hümbətova dəyib.

O, hadisə yerində vəfat edib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir