Cəmiyyət

Sürücü etiraz etdi: Yol polisi əsassız protokol yazıb? – RƏSMİ AÇIQLAMA + VİDEO

Sharing is caring!


Bakı sakini Zahid Efendiyev yol polisi əməkdaşlarının ona əsassız yerə cərimə protokolu yazdıqlarını iddia edib.

Xezerxeber.az-ın məlumatına görə, Zahid Efendiyev ona yazılan protokolun yanlış olduğunu bildirib.

Paytaxt sakininin sözlərinə görə, saxlanılan zaman duman əleyhinə olan işıqlara qanunsuz yerə dəyişkilik etdiyi əsas gətirilərək, avtomobili cərimə meydançasına aparılıb.

İşıqlara müdaxilə etmədiyini iddia edən sürücü bildirib ki, nəqliyyat vasitəsi həmin şəkildə onun adına qeydiyyata salınıb.

Zahid Efendiyev qeyd edib ki, avtomobilində olan işiqlar zavod istehsalıdır və qadağan olunmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, öz yollarını işıqlandırmaq naminə bəzi sürücülərin günün qaranlıq saatlarında digər hərəkət iştirakçılarının həyat və sağlamlqları üçün təhlükə yaratması qətiyyən yolverilməzdir.

Baş inspektor qeyd edib ki, hər bir nəqliyyat vasitəsində istehsalçı tərəfindən ona uyğun müəyyənləşdirilmiş avadanlıqlardan istifadə edilməlidir.

Araz Əsgərli əlavə edib ki, prtokoldan narazı qalan sürücünün şikayəti əsasında bu məsələ araşdırıla bilər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir