Cəmiyyət

Ağalı sakini: “Kənddə insanların əmək fəaliyyəti üçün şərait yaradılıb” – FOTO

Sharing is caring!


“Ağalı kənd sakinlərinin əmək fəaliyyəti dövlətin əsas hədəfindədir. Burada insanların məşğuliyyəti üçün kifayət qədər şəraiti yaradılıb”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri Ağalı kənd sakini, Qarabağ müharibəsi iştirakçısı Möhübbət Səmədov bildirib.

O, doğma yurdlarına köçdükləri gündən indiyə kimi, dövlət xətti ilə onlar üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib: “30 il keçməsinə baxmayaraq, Ağalıya qayıtdıqdan sonra elə bilirdim ki, dünyaya yenidən gəlmişəm. Bu yerlər mənim ruhumu gəncləşdirib. Burada dövlətin yaratdığı şəraiti, göstərdiyi qayğını gördükcə elə bilirəm ki, heç bu 30 illik problemi yaşamamışıq. Burada yaradılan şərait, bizə göstərilən diqqət məcburi köçkün olduğumuz günlərimizi unutdurub”.

“Ağalı camaatı yurduna köçəndən sonra kənd sakinlərinin ixtisasına uyğun olan işlər var. Onlar artıq öz sahələri üzrə işlə təmin olunublar. Uyğun ixtisası olmayanlar üçün mövsümü işlər var. Kəndə yaxın ərazidə intensiv meyvə bağı salınıb. Ümumi sahəsi 100 hektara yaxın olan həmin bağda 30-35 ailə mövsümi işlə təmin edilib və həmin bağda hazırda da işlər gedir. Yəni həmin ailələr orada çalışırlar. Yaxın gələcəkdə orada çalışan işçilərin sayının 100 nəfərə çatdırılması nəzərdə tutulur”, – deyə Ağalı sakini vurğulayıb.

Onun sözlərinə görə, Ağalı kəndində təkcə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt və bank xidməti, aptek, iki mağaza, kommunal sahələrdə işləyənlərə deyil, həmçinin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da dövlət tərəfindən xüsusi diqqət ayrılıb:

“Əgər bu gün kimsə öz məşğul olduğu sahə üzrə yardım istəyirsə, müraciəti dövlət tərəfindən dəyərləndirilir və nəticədə ona köməklik edilir. Onu da qeyd edim ki, hazırda Ağalıda tikiş fabriki fəaliyyət göstərir. Bu fabrikdə 35-40 ailə çalışır”.

M.Səmədov deyib ki, Ağalı kəndi ərazisində istehsal sahələrinin fəaliyyəti üçün xüsusi yer ayrılıb:

“Həmin yerdə emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bir sözlə, Ağalı kəndində hər bir kəsin əmək fəaliyyətinə uyğun şərait yaradılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir