Cəmiyyət

Füzuliyə köçən sakinlərin bəziləri “Azərişıq”da işlə təmin ediliblər – FOTO

Sharing is caring!


“Düşmən işğalından azad edilən torpaqlarımızda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsidir ki, 30 ildən sonra doğma sakinlər Zəngilanda, Laçında, Füzulidə yaşayır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, aparılan işlər çərçivəsində “Azərişıq” ASC də üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir”. 

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumatda qeyd edilib ki, dövlət başçısının iştirakı ilə rəsmi açılışı olan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi vasitəsi ilə rayon ərazisində lazımı bütün obyektləri elektrik enerjisi ilə təmin etmək mümkündür:

“Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışırlar. “Azərişıq” ASC Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var.

Məqsədimiz odur ki, xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firavan yaşamasında “Azərişıq” olaraq bizim də payımız olsun.

Elektrik təsərrüfatının yenilənməsi üçün yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir