Cəmiyyət

Vəfat edən general-mayor dəfn edildi – YENİLƏNİB + FOTO

Sharing is caring!


Noyabrın 9-da uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edən ehtiyatda olan general-mayor Həmzəyev Mahmud Həmid oğlu İkinci Şəhidlər xiyabanında dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, M.Həmzəyev yaylım atəşləri altında son mənzilə yola salınıb, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

Mərasimdə M.Həmzəyevin həyat və xidmət yolu haqqında danışılaraq bildirilib ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.

Qeyd olunub ki, general-mayor M.Həmzəyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

11:10

Beyləqan korpusunun sabiq komandiri general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib.

Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. 

Bildirilib ki, 74 yaşlı general-mayor bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazaxda anadan olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir