Cəmiyyət

İmişlidə qəza: Velosipedçi öldü

Sharing is caring!


İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində velosiped sürən gənc hadisə yerində ölüb.

AZƏRTAC xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən KİA markalı avtomobil tərəfindən vurulub. Velosipedçi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən gəncin atası da bir neçə il əvvəl velosiped sürərkən qəza nəticəsində dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir