Cəmiyyət

Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib – FOTO

Sharing is caring!


Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

“Report”un yerli bürosunun məlumatına görə, əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub. Yürüşə məktəblilər də qoşulublar.

Eyni zamanda, şəhərdə Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Gün ərzində Sumqayıt bulvarı ərazisində 11 min ağac əkilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir