Cəmiyyət

Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə diplom ala bilməyib

Sharing is caring!


Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7 762 bakalavrdan 7 532 tələbə dövlət imtahanında uğur qazanıb.

“Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, – deyə nazirlikdən bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir