Cəmiyyət

Bakıda ağac qanunsuz olaraq kəsilib? – VİDEO

Sharing is caring!


Bakıda ağacın qanunsuz olaraq kəsildiyi iddia edilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisənin ötən gün paytaxtın Əhmədli rayonu Sarayevo küçəsində qeydə alındığı deyilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, ağac kəsildiyinə dair iddialar təsdiqini tapmayıb:

“Sözügedən görüntülərlə bağlı əməkdaşlarımız əraziyə baxış keçiriblər. Həmin ərazidə bir ədəd tut ağacı mövsümə uyğun olaraq budanıb, aqrotexniki qulluq olunub. Hər hansı ağac kəsimi qeydə alınmayıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir