Cəmiyyət

13 yaşlı İlahənin anası fəryad edir: “Atası öləndən sonra dərmanlarını ala bilməmişik” – FOTO

Sharing is caring!


13 yaşlı İlahənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Qəribə Həsənova məlumat yayıb.

O bildirib ki, övladı gün ərzində beş-altı dəfə qıcolma keçirir.

“İlahənin 13 yaşı var, üç yaşı olanda onun əqli geriliyinin olduğunu bilmişik. Yaşıdlarından həm görünüşünə, həm hərəkətlərinə görə seçilirdi. İllərdir etdirmədiyimiz müalicə, gəzmədiyimiz həkim qalmayıb, amma dərdinə heç bir çarə tapa bilmirik. Gün ərzində beş-altı dəfə qıcolma keçirir”.

Qəribə Həsənova bildirib ki, övladının aylıq müalicələri üçün 500 manata ehtiyacları var.

“Biz Lənkəranda yaşayırıq, aprel ayında yoldaşım qəfildən ürək çatışmazlığından vəfat etdi. O gündən sonra isə vəziyyətimiz lap ağırlaşdı. Nə müalicələrini normal edə bilirik, nə həkimə apara bilirik. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (070) 376-71-75.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir