Cəmiyyət

Xoşqədəm Doğuşla bağlı iddiaların səsləndiyi verilişi məhkəməyə verdi – VİDEO

Sharing is caring!


Aparıcı Xoşqədəm Baxşəliyeva müğənni həyat yoldaşı Doğuşun evli olduğunu iddia edən qadının verilişə çıxarılmasına görə “Didem Arslan Yılmazla Vazgeçmə” verilişini məhkəməyə verib.

Bu barədə o, “Səni axtarıram” verilişində deyib.

“Mən uşaqlar üçün mücadilə aparmışam. Hər zaman uşaqları qorumuşam. Ona görə də, mən övladlarımı qorumaq məcburiyyətində idim. Bununla artıq vəkilim məşğul olacaq”, – deyə Xoşqədəm Baxşəliyeva bildirib.

Xatırladaq ki, “Show TV” ekranlarında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçmə” verilişində Esra Şömelek adlı qadın müğənni Doğuşla dini nikah bağladığını bildirib.

Onun sözlərinə görə, Doğuş həyat yoldaşından boşanacağını vəd edib. X.Hidayətqızı isə boşanmaq üçün Doğuşdan bir milyon dollar istəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir