Cəmiyyət

Bakıda yaşayış binasının zirzəmisi çirkab sularla dolub – VİDEO

Sharing is caring!


Bakının Binəqədi rayonunda yaşayış binasının zirzəmisi çirkab sularla dolub.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər rayonun Üzeyir Hacıbəyov 4B ünvanındandır.

Sakinlər iddia edirlər ki, 10 ildir yaşadıqları doqquz mərtəbəli binanın zirzəmisi mütəmadi olaraq çirkab sularla dolur. Üfunətdən nəinki bloka girmək, heç evdə oturmaq belə olmur.

Sakinlər müraciət etdikcə aidiyyəti qurumların əməkdaşları zirzəmiyə yığılan suyu xüsusi nasosla təmizləyib geri dönürlər. Amma problem kökündən həll edilmir.

Məsələ ilə bağlı əraziyə Binəqədi rayon Sukanal idarəsinin qəza briqadası cəlb olunub. Binanın zirzəmisinə baxış keçirilib və ora çirkab sulardan təmizlənib.

“Azərsu” ASC-nin departament rəhbəri Anar Cəbrayıllı bildirib ki, binanın zirzəmisindəki əsas toplayıcı kanalizasiya xətləri tam işlək vəziyyətdədir.

“Azərsu” rəsmisi ərazinin nəzarətdə saxlanacağını bildirib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir