Cəmiyyət

Amerikalı səyyah: “Biz öldürücü partlayışı gördük, insanların qorxu içində yaşadığını daha yaxşı başa düşdük”

Sharing is caring!


“Biz minalanmış ərazilərdəyik və gördüyünüz kimi, bu ərazilər qırmızı rəngli xəbərdarlıq işarələri ilə işarələnib”.

Bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü, amerikalı səyyah Ravi Prabhu APA-ya açıqlamasında deyib.

“Biz, həmçinin, öz gözlərimizlə mina zərərsizləşdirilməsi prosesini izlədik, böyük, öldürücü partlayışı gördük. Onun güclü səsini eşitdik. Bu, dəhşətli idi. Bununla da biz minaların insanların həyatına necə təsir etdiyini, insanların qorxu içində yaşadığını daha yaxşı başa düşdük. Çox sayda minaların ortasında olmaq kifayət qədər qorxunc təcrübədir”, – o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir