Cəmiyyət

Kanadalı səyyah: “Qarabağda turizm sektorunun inkişafı üçün böyük imkan var”

Sharing is caring!


“Azərbaycanın Qarabağ regionunda turizm sektorunun inkişafı üçün böyük imkan var”.

Bunu “Report”a açıqlamasında kanadalı səyyah Erik Abtan bildirib.

O qeyd edib ki, bu, Şuşaya ilk səfəridir, lakin azərbaycanlı dostlarından region haqqında çox şey eşidib:

“Qarabağ, xüsusən Şuşa gözəl yerlərdir. Azərbaycan xalqı möhtəşəmdir və bu, turistlər üçün müsbət məqamdır. Daha əvvəl Azərbaycana gəlmişəm. Lakin bu, Şuşaya ilk səfərimdir. Ölkənizdə olduğum üçün xoşbəxtəm”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir