Cəmiyyət

Bəzi yerlərdə yağış yağıb, görünüş məsafəsi azalıb – FAKTİKİ HAVA

Sharing is caring!


Noyabrın 4-də saat 9:00-a olan məlumata əsasən, noyabrın 3-də axşam, noyabrın 4-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.

Duman Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir