Cəmiyyət

Bakıda avtomobil salondakı maşınlara çırpıldı – FOTO

Sharing is caring!


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Nissan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını avtosalonun ərazisində olan avtomobillərə çırpıb. Nəticədə yol təsərrüfatına və 3 yeni “Fiat” markalı avtomobilə zərər dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir