Cəmiyyət

Pakistanın əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Sharing is caring!


Noyabrın 2-də Pakistanda əczaçılıq sahəsində fəaliyyət göstərən “Searl” şirkətinin baş icraçı direktoru Səid Nadem Əhməd və “Mercury ME DMCC” şirkətinin baş icraçı direktoru Yusif Asifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyində görüş keçirilib.

İZİA-dan verilən məlumata görə, İZİA-nın İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov nümayəndə heyətinə ölkəmizdə mövcud sənaye parkları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə “Searl” şirkətinin baş icraçı direktoru Səid Nadem Əhməd Pirallahı Sənaye Parkında investorlar üçün yaradılan biznes imkanlarından yararlanmaqla dərman vasitələrinin istehsalı müəssisəsinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir