Cəmiyyət

Bakıda sərinləşdirici içki kiflənsə də, satışa buraxıldı – FOTO

Sharing is caring!


Bakı şəhərində marketdə xarab məhsul satılıb.

Bu barədə Oxu.Az-a vətəndaş şikayət ünvanlayıb.

Belə ki, sakin marketlərin birindən sərinləşdirici içki alıb. Evdə onu açan zaman kiflənmiş olduğunu görüb:

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə qurumun Bakı regional bölməsi tərəfindən müvafiq araşdırmalara başlanıb:

“Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda, qida zəncirinin istənilən mərhələsində baş verən nöqsanlarla bağlı vətəndaşlardan agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməsi xahiş olunur. Daxil olan müraciətlər qanunauyğun şəkildə araşdırılır və lazımi addımlar atılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir