Cəmiyyət

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

Sharing is caring!


“İnterpol” xətti ilə beynəlxalq axtarışa verilən Şeniz Dervişoğlu Azərbaycanda saxlanılıb və Türkiyəyə ekstradisiya olunub.

“Report” xəbər verir ki, o, qanunsuz silah saxlamaqda, silah mafiyası ilə əməkdaşlıqda, mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirləndirilir.

Türkiyə vətəndaşı olan Ş.Dervişoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Türkiyə məhkəməsi Ş.Dervişoğlu haqqında bir neçə dəfə qiyabi həbs qərarı çıxarıb. O, 2018-ci ildə Gürcüstandan Türkiyəyə ekstradisiya olunub, 2020-ci ildə həbsdən buraxılıb. Bir müddət sonra yenidən axtarışa verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir