Cəmiyyət

Sumqayıtda antibiotik vurulan şəxs ölüb

Sharing is caring!


Sumqayıtda 37 yaşlı kişi klinikalardan birində ölüb.

APA xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov klinikada antibiotik iynə vurulduqdan sonra ölüb.

Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik testi qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir