Cəmiyyət

Gəncədə yaşayış binasının zirzəmisində tüstülənmə olub, sakinlər təxliyə edilib

Sharing is caring!


Gəncədə beşmərtəbəli yaşayış binasında tüstülənmə olub.

“Report”un məlumatına görə, hadisə 3-cü mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Zirzəmidə baş vermiş tüstülənmə səbəbindən sakinlər təxliyə ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir