Cəmiyyət

Rektor: “Özəl şirkətlər kadr hazırlığında iştirak etmir, amma hazır kadrların ən yaxşıları onlara qismət olur”

Sharing is caring!


“Özəl şirkətlərin özləri kadr hazırlığında bilavasitə iştirak etmir və maliyyə ayırmırlar. Hazır kadrların ən yaxşıları isə onlara qismət olur”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kadr hazırlığının keyfiyyətinin artırılması üçün yeni ixtisaslar gəlməlidir:

“Ali təhsil müəssisələrinin tələbələri üçün təcrübə keçmək formal xarakter daşıyır. Təcrübə keçən tələbəyə sənayedə diqqət lazımi səviyyədə olmur. Bu barədə düşünmək lazımdır. Təcrübə keçən tələbələr selektiv şəkildə getməlidir, yoxsa hamı birdən göndərilməlidir? Çünki təcrübə keçmək kadr hazırlığında çox önəmli rol oynayır. Özəl şirkətlərin özləri kadr hazırlığında bilavasitə iştirak etmir. Onlar maliyyə ayırmırlar. Hazır kadrların ən yaxşıları isə onlara qismət olur. Bu yaxşıdır. Amma özəl sektor da prosesdə iştirak etsə, kadr hazırlığına töhfə vermiş olar”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir